...

Gürcüstan hökumətinin Bakıya səfəri zamanı qaz tarifləri müzakirə olunacaq

Energetika Materials 25 Dekabr 2012 10:33 (UTC +04:00)
Baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti dekabrın 26-da Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibində energetika naziri Kaxa Kaladze də olacaq.
Gürcüstan hökumətinin Bakıya səfəri zamanı qaz tarifləri müzakirə olunacaq

Gürcüstan, Tbilisi, 25 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti dekabrın 26-da Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibində energetika naziri Kaxa Kaladze də olacaq.

Nazirin sözlərinə görə, Azərbaycandakı görüşlərin aktual mövzularından biri məhz qaz tarifləri olacaq. O, bu məsələnin müsbət həll olunacağına ümid edir.

Yanacağın qiymətlərinə gəldikdə, Kaladze bildirib ki, "Gürcü arzusu"nun hakimiyyətə gəlməsindən sonra yanacağın qiyməti aşağı düşməyə başlayıb. "Qiymətlərin gələcəkdə də aşağı düşməkdə davam edəcəyi mümkündür", - o əlavə edib.

Bu arada İvanişvili özü bazar ertəsi keçirilən brifinqdə bəyan edib ki, qaz tariflərinin azalması "yalnız simvolik" ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti