...

Taner Yıldız: TANAP layihəsi Nabucco-nun reallaşdırılmasını sürətləndirəcək

Energetika Materials 26 Dekabr 2012 12:11 (UTC +04:00)
Trans Anadolu qaz kəməri layihəsi (TANAP) Nabucco layihəsinin reallaşdırılmasını sürətləndirəcək.
Taner Yıldız: TANAP layihəsi Nabucco-nun reallaşdırılmasını sürətləndirəcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir A.Tağıyeva/

Trans Anadolu qaz kəməri layihəsi (TANAP) Nabucco layihəsinin reallaşdırılmasını sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız "Hazar World" jurnalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Türkiyə TANAP layihəsi ilə birlikdə Avropaya qaz tədarükünün şaxələndirilməsinə və Xəzər qazı üçün yeni bazarların açılmasına yönəlmiş Nabucco layihəsini də dəstəkləməkdə davam edir.

Yıldızın sözlərinə görə, TANAP layihəsi Şərqdəki enerji resursları mənbələrini Qərbdəki istehlak bazarları ilə birləşdirən köprü rolunu oynayır.

Yıldız onu da bildirib ki, Türkiyə İraqdan Avropaya qaz tədarükü üçün dəhliz rolunu oynamağa hazırdır. Bundan əlavə Türkiyə Misir qazının Panərəb qaz kəməri ilə İordaniya ərazisindən Avropa bazarlarına daşınması layihəsinin reallaşdırılması üzrə işləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti