...

Azərbaycanda qaza tələbat azalıb

Energetika Materials 8 Yanvar 2013 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.İsmayılov/

Yanvarın 8-nə olan məlumata görə, Azərbaycanda əhaliyə verilən qazın sutkalıq həcmi 22,5 milyon kubmetr təşkil edir. Bu göstərici dekabrın 17-nə 23,3 milyon kubmetr olub. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Əhaliyə sutkalıq verilən qazın ümumi həcmindən 12,7 milyon kubmetr Bakının payına düşür ki, bu da dekabrın 17-nə olan göstəricidən bir milyon kubmetr azdır.

"Başqa regionlarda əhaliyə verilən qazın həcmi sutkada 9,8 milyon kubmetr səviyyəsindədir", - İB-dən bildiriblər.

"Azəriqaz"dan deyiblər ki, verilən qazın həcmləri tələbatla müəyyən edilir və istehlakçıların tələbatını tam ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti