...

Azərbaycanın enerji operatoru payız-qış mövsümünə hazırlığı tam yekunlaşdırıb

Energetika Materials 9 Yanvar 2013 17:55 (UTC +04:00)
"Azərenerji" ASC 2012-2013-cü il payız-qış mövsümünə hazırlıq çərçivəsində işləri tam başa çatdırıb.
Azərbaycanın enerji operatoru payız-qış mövsümünə hazırlığı tam yekunlaşdırıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC 2012-2013-cü il payız-qış mövsümünə hazırlıq çərçivəsində işləri tam başa çatdırıb. Bu barədə Trend ASC-dən məlumat verilib.

Məlumata görə, o cümlədən uzunluğu 1738 kilometrdən çox olan 35-500 kilovoltluq elektrikötürücü xətlər əsaslı təmir edilib, 29 min izolyator, 56 dayaq əvəz edilib, elektrikötürücü xətlərin 168 dayağı təmir edilib.

Həmçinin, yarımstansiyalarda planlaşdırılan işlər praktiki olaraq başa çatıb. Xüsusən 220-500 kilovolt/amper gücündə 6 avtotransformator, 35-110 kilovolt/amper gücündə 60 transformator, 293 ədəd digər avadanlıqlar əsaslı təmir edilib.

Məlumatda deyilir ki, 2x180 meqavat gücündə Zabrat yarımstansiyasının, uzunluğu 25,5 kilometr olan 220 kilovoltluq "Şimal ES - Hövsan YS" ikizəncirli xətləri, uzunluğu 68,6 kilometr olan 220 kilovoltluq "Şimal YS-Zabrat YS-Sumqayit ES" ikizəncirli elektrikötürücü xətləri, 2x125 meqavat gücündə 220 kilovoltluq "Ağdaş" yarımstansiyasının, 223 kilometr uzunluğunda "Mingəçevir ES-Abşeron YS" elektrikötürücü xəttinin tikintisi, 220 kilovoltluq "Müşfiq" yarımstansiyasında üçüncü 250 meqavatlıq avtotransformatorun quraşdırılması başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti