...

Əhmədinejad: İran neft satışından gəlirləri 10 dəfə artıra bilər

Energetika Materials 22 Yanvar 2013 17:07 (UTC +04:00)
İran yeni ideyalardan istifadə etməklə neft satışından gəlirləri 10 dəfə artıra bilər. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejad bildirib.
Əhmədinejad: İran neft satışından gəlirləri 10 dəfə artıra bilər

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İran yeni ideyalardan istifadə etməklə neft satışından gəlirləri 10 dəfə artıra bilər. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejad bildirib.

"İranı Qərb ölkələrinin neft alıb-almayacağı maraqlandırmır", - Əhmədinejad deyib və əlavə edib ki, heç kəs İrana təzyiq göstərə bilməz.

Prezidentin sözlərinə görə, müəyyən qanunlar elə dəyişdirilməlidir ki, ölkənin bir sıra resursları İran xalqına verilə bilsin.

Əhmədinejad xüsusilə vurğulayıb ki, xalqa mineral və enerji resursları verilməlidir.

"Biz birlikdə indiki qeyri-sabit vəziyyətin təsirini minimuma endirə bilərik və bu, əl-ələ verib irəliyə addım atacağımız zaman baş verə bilər", - Əhmədinejad qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti