...

"Neft Daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 23 Yanvar 2013 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən "Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2533 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1800 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti