...

ARDNŞ prezidenti Gürcüstanda yeni qaz kəməri və bir sıra obyektlərin açılışında iştirak edib

Energetika Materials 11 Mart 2013 15:49 (UTC +04:00)
Gürcüstanın energetika naziri Kaxa Kaladze və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bolnisi rayonunun Fəhralı kəndində (Kvemo Kartli regionu, Gürcüstanın şərqi) yeni qaz kəmərinin açılışında iştirak ediblər.
ARDNŞ prezidenti Gürcüstanda yeni qaz kəməri və bir sıra obyektlərin açılışında iştirak edib

Gürcüstan, Tbilisi, 11 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın energetika naziri Kaxa Kaladze və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bolnisi rayonunun Fəhralı kəndində (Kvemo Kartli regionu, Gürcüstanın şərqi) yeni qaz kəmərinin açılışında iştirak ediblər.

Trend-in məlumatına görə, tədbirdə, həmçinin reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili, kənd təsərrüfatı naziri David Kirvalidze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov və Milli Məclisin deputatları iştirak ediblər.

Birinci mərhələdə qaz kəmərinin Xaraqauli istiqamətində (İmereti regionu, Gürcüstanın qərbi) 53 kilometrlik sahəsi tikilib. Nəticədə azərbaycanlı kəndi olan Fəhralı 1 229 ailəsi Azərbaycandan təbii qaz alacaq.

Kaladze bildirib ki, hazırda azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli regionunda ümumilikdə 16 151 abonent qazla təmin edilib. 2013-cü il ərzində bu göstəricinin daha 1950 abonent artacağı planlaşdırılır.

Bu gün isə Gürcüstan hökumətinin üzvləri və ARDNŞ prezidenti Marneulidə soyuducu təsərrüfatının təməlqoyma mərasimində, həmçinin Bolnisidə körpü, mərkəzi yol və meydanın açılışında iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti