Azərbaycan, Bakı, 28 mart /Trend/
Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, martın 29-da saat 10:00-dan 17:00-dək "Sərdarov zavodu" (əhali) orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Bakının Binəqədi rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.