Azərbaycan, Bakı, 17 aprel /Trend/
Bu günlərdə "Palçıq Pilpiləsi" yatağındakı 1077 nömrəli meydançadan 1174 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu Qirməki Lay Dəstəsindən 1091-1079 metr intervaldan sutkada 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, təmir işləri "Neft Daşları" NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.