...

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Energetika Materials 10 İyun 2013 23:06 (UTC +04:00)
2013-cü ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 865 min 14 ton Azərbaycan nefti nəql olunub.
Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

2013-cü ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 865 min 14 ton Azərbaycan nefti nəql olunub. Aprel ayında bu göstərici 2 milyon 427 min 650 ton neft təşkil edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 636 min 425 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyun ayının 1-nə qədər BTC-yə 218 milyon 263 min 150 ton neft vurulub.

Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 279 min 989 ton Türkmənistan nefti nəql olunub.

Xəbər lenti

Xəbər lenti