...

Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyət var

Energetika Materials 14 İyun 2013 12:15 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar iyunun 14-də saat 09:00-dan saat 18:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 09:00-dan saat 18:00-dək isə "Giləzi", "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyalarından, "Lənkəran", "Qazax", "Köçəsgər" Qazpaylayıcı Stansiyalarından, "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından qidalanan "Mərdəkan bağları" ölçü qovşağında və "Zığ" Qazpaylayıcı Stansiyasından qidalanan "Dənizçilik məktəbi" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyət var

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar iyunun 14-də saat 09:00-dan saat 18:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 09:00-dan saat 18:00-dək isə "Giləzi", "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyalarından, "Lənkəran", "Qazax", "Köçəsgər" Qazpaylayıcı Stansiyalarından, "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından qidalanan "Mərdəkan bağları" ölçü qovşağında və "Zığ" Qazpaylayıcı Stansiyasından qidalanan "Dənizçilik məktəbi" ölçü qovşağında təbii qaz təchizatı dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə Qazax rayonuna, Lənkəran şəhərinə, Xəzər rayonunun Mərdəkan, Şüvəlan qəsəbələrinə, Xətai, Xızı, Ağstafa, rayonlarının bir hissəsinə, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti