...

Meksika Azərbaycanın energetika sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Energetika Materials 14 İyun 2013 20:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençina Qrubun başçılıq etdiyi Meksika nümayəndə heyətini qəbul edib.
Meksika Azərbaycanın energetika sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençina Qrubun başçılıq etdiyi Meksika nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Meksika nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanın energetika sahəsində təcrübəsini öyrənməkdir.

Bundan əvvəl nümayəndə heyəti energetika sahəsinin inkişafı ilə bağlı məsələləri müzakirə etmək məqsədilə Norveç və Böyük Britaniyada səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti