...

QDTİB ARDNŞ-ə 5 milyard dollar həcmində kredit ayıracaq

Energetika Materials 20 İyun 2013 12:12 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDRİB) Direktorlar Şurası şənbə günü ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)ən böyük kreditin ayrılması məsələsinə baxacaq.
QDTİB ARDNŞ-ə 5 milyard dollar həcmində kredit ayıracaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E. Əliyev/

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDRİB) Direktorlar Şurası şənbə günü ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ən böyük kreditin ayrılması məsələsinə baxacaq.

Trend-in məlumatına görə, bu barədə QDTİB-in sədri Aleksandr Kondakov jurnalistlərə açıqlamasında bildirib:

"Bankın Direktorlar Şurası bu məsələni şənbə günü Bakıda keçiriləcək iclasda müzakirə edəcək. Əgər saziş qəbul edilsə, onda bu kredit QDTİB tarixində ən böyük kredit olacaq. Kreditin həcmi 5 milyard dollar təşkil edəcək".

Onun sözlərinə görə, ayrılan məbləğ Azərbaycandan kənarda neft emalı ilə bağlı layihənin reallaşdırılmasına yönəldiləcək:

"Layihənin hazırlanması bir neçə il çəkib, onun özü isə 16 il müddətinə nəzərdə tutulub. Belə böyük saziş etibarın yaxşı göstəricisidir. QDTİB Azərbaycanı çox etibarlı tərəfdaş kimi qiymətləndirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti