...

İyulda Ceyhan limanından 2,4 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Energetika Materials 6 Avqust 2013 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

2013-cü ilin iyul ayı ərzində 2 448 233 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend ASRDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 791 146 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edir.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 17 452 251 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cu il avqust ayının 1-dək Ceyhan limanından 221 119 205 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti