...

ARDNŞ: AÇG layihəsi çərçivəsində mənfəət neftinin həcmi ildən-ilə artır

Energetika Materials 19 Sentyabr 2013 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

2006-cı ilin əvvəlindən bu il avqustun sonlarına qədər Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarının işlənməsi layihəsi çərçivəsində Azərbaycan 162 milyon mənfəət nefti əldə edib.

Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadənin cümə axşamı "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilib.

Məqalədə bildirilir ki, bu ilin yanvar-avqust aylarında AÇG-dən 22,1 milyon ton neft hasil edilib ki, onlardan da 15 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşür.

AÇG yatağının işlənməsindən sonra dünya bazarına 321 milyon ton neft göndərilib ki, bu həcmdən 225 milyon ton Bakı-Tbilisi-Ceyhan, 64 milyon ton Bakı-Supsa, 12 milyon ton Bakı-Novorossiysk neft boru kəmərləri ilə nəql edilib, 20 milyon ton neft isə dəmiryolu vasitəsilə daşınıb.

Yusifzadə bildirib: "Mənfəət neftinin həcmi ildən-ilə artır".

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti