...

Natiq Əliyev: Azərbaycan son on ildə ölkənin enerji sisteminin gücünü 40 faiz artırıb

Energetika Materials 19 Sentyabr 2013 13:34 (UTC +04:00)
Generasiya gücünün artımı və yenilənmə hesabına respublikamız elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və hazırkı enerji ixrac potensialını 4 milyard kVt/saata qədər çatdırıb.
Natiq Əliyev: Azərbaycan son on ildə ölkənin enerji sisteminin gücünü 40 faiz artırıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E. İsmayılov/

Generasiya gücünün artımı və yenilənmə hesabına respublikamız elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və hazırkı enerji ixrac potensialını 4 milyard kVt/saata çatdırıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı sənaye və energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, 2003-2012-ci illərdə respublikada ümumi gücü 2704,5 meqavat olan 15 yeni elektrik stansiyasının tikintisi işlərinə başlanılmış, bunlardan ümumi gücü 1499 meqavat olan 12 elektrik stansiyası (10 istilik elektrik stansiyası, 2 su elektrik stansiyası) artıq istismara verilib, qalan 3 stansiyanın 2013-2014-cü illərdə iştismara verilməsi nəzərdə tutulub.

Məqalədə bildirilir ki, 2003-2012-ci illərdə ölkənin enerji sisteminin gücü 40 faiz artıb və hazırda 6275 meqavat elektrik gücünə malikdir ki, bu da il ərzində 22-24 milyard kilovat/saat elektrik enerjisinin istehsal edilməsinə imkan verir və respublikanın maksimum tələbatını 25-27 faiz üstələyir, ildə 2 milyard kilovat/saata qədər enerji ixracına şərait yaradır.

N. Əliyev qeyd edib ki, respublikada adambaşına düşən elektrik enerjisinin miqdarı 2220 kilovat/saata çatdırılıb ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti