...

Azərbaycan neftinin qiymətləri: 30 sentyabr-4 oktyabr həftəsinin yekunları

Energetika Materials 5 Oktyabr 2013 13:47 (UTC +04:00)
Ötən həftə - 30 sentyabr-4 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 30 sentyabr-4 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 30 sentyabr-4 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 30 sentyabr-4 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 111,8, minimum isə 109,87 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

30 sentyabr-4 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 107,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

30 sentyabr-4 oktyabr həftəsində URALS-ın qiyməti maksimum 107,94, minimum isə 105,81 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

30 sentyabr-4 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 108,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,5, minimum isə 107,45 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti