...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 580 mini ötüb

Energetika Materials 11 Oktyabr 2013 16:23 (UTC +04:00)
Oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 580 474-ə çatıb ki, bunların da 1 561 399-u əhali, 19 075-i isə qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 580 mini ötüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 580 474-ə çatıb ki, bunların da 1 561 399-u əhali, 19 075-i isə qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 684 154-ü Bakı şəhəri (674 291 əhali, 9863 qeyri-əhali abonenti), 896 320-i isə regionların (887 108 əhali, 9212 qeyri-əhali abonenti) payına düşür.

1 oktyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793 383 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb. Xatırladaq ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti