...

Azərbaycan neftinin qiymətləri: 14-18 oktyabr həftəsinin yekunları

Energetika Materials 21 Oktyabr 2013 13:59 (UTC +04:00)
Ötən həftə - 14-18 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 112,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 14-18 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 14-18 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 112,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Trend-in məlumatına görə, 14-18 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 113,01, minimum isə 111,6 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

14-18 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 108,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

14-18 oktyabr həftəsində URALS-ın qiyməti maksimum 109,25, minimum isə 107,93 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

14-18 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 110 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,73, minimum isə 109,49 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti