...

ARDNŞ: AÇG layihəsi çərçivəsində mənfəət neftinin həcmi 165 milyon ton təşkil edir

Energetika Materials 30 Oktyabr 2013 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.İsmayılov/

İndiyə qədər Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarının işlənməsi layihəsi çərçivəsində 318 milyon ton neft hasil edilib.

Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Azərbaycanda Norveç Günü çərçivəsində təşkil olunan seminarın gedişində bildirib.

Onun sözlərinə görə, göstərilən dövrdə blokdan 88,7 milyard kubmetr qaz hasil edilib.

Hazırda blokda neft hasilatının orta sutkalıq həcmi 90 min ton neft və 35 milyon kubmetr qaz təşkil edir.

AÇG blokundan Azərbaycanın mənfəət neftinin həcmi 165 milyon ton təşkil edir.

ARDNŞ-in vitse-prezidentinin sözlərinə görə, Azərbaycanda sübut edilmiş neft ehtiyatları iki milyard ton, proqnozlaşdırılan neft ehtiyatları isə dörd milyard tondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti