...

Azərbaycanın “Qum dəniz” yatağında üçölçülü seysmik tədqiqatların başlanacağı vaxt açıqlanıb

Energetika Materials 13 Noyabr 2013 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Bədəlova/

2013-cü ilin dördüncü rübündə Azərbaycanın "Qum dəniz" yatağında üçölçülü seysmik kəşfiyyatlara başlanacaq. Bu barədə "Greenfields Petroleum Corporation" şirkətinin prezidenti və icraçı direktoru Con Harkins Bakıda keçirilən "Xəzər neft və qaz həftəsi" konfransında bildirib.

"Greenfields Petroleum Corporation" "Bahar" və "Qum Dəniz" yataqları blokunun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatı üzrə PSA tipli müqavilə çərçivəsində "Bahar Energy" şirkətinin şərikidir və onun texniki məsləhətçisi qismində çıxış edir.

C.Harkinsin qeyd etdiyi kimi, bu ilin ikinci rübündə "PGS-Khazar"la "Qum dəniz" yatağında üçölçülü seysmik tədqiqatın keçirilməsi üzrə saziş imzalanıb.

Yataqda üçölçülü seysmik tədqiqatın keçirilməsi altı ay vaxt aparacaq. Onun sözlərinə görə, qiymətləndirmə işləri 14,9 milyon dollar təşkil edir.

"Greenfields Petroleum Corporation" prezidentinin sözlərinə görə, 2012-ci ildə "Bahar ERDPSA" (kəşfiyyat, bərpa, işlənmə və PSA) sahəsində hasilat gün ərzində 1 093 barel neft ekvivalenti təşkil edib. 2013-cü ilin birinci və ikinci rüblərində sahədən hasilat gün ərzində 1 217 barel neft ekvivalenti təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti