...

"Günəşli" yatağında yeni quyu istismara verilib

Energetika Materials 28 Noyabr 2013 18:30 (UTC +04:00)
"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Günəşli" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 3761-3725 metr intervaldan sutkalıq 2 ton kondensat və 70 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Xəbər lenti

Xəbər lenti