...

Dövlət Neft Fondu Türkiyədə iri enerji layihəsini maliyyələşdirməyə hazırlaşır

Energetika Materials 5 Dekabr 2013 17:11 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Avropa sərhədlərinədək nəqlini təmin etməyə hesablanmış Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində dövlətin iştirak payını maliyyələşdirməyə hazırlaşır.
Dövlət Neft Fondu Türkiyədə iri enerji layihəsini maliyyələşdirməyə hazırlaşır

Türkiyə, İstanbul, 5 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Avropa sərhədlərinədək nəqlini təmin etməyə hesablanmış Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində dövlətin iştirak payını maliyyələşdirməyə hazırlaşır.

Trend-in məlumatına görə, bunu cümə axşamı ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov İstanbulda III Xəzər Forumunda deyib.

Onun sözlərinə görə, ARDNF Bakı-Tbilisi-Ceyhan layihəsində dövlətin iştirak payını maliyyələşdirib:

"Bu ildən etibarən isə Türkiyədə STAR neft emalı zavodunun tikintisinə sərmayə yatırmağa başlayıb. Biz bundan sonra da Türkiyədə iri infrastruktur layihələrinə vəsait ayırmağa davam edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti