...

ARDNŞ yeni təlim-xilasetmə hovuzunu istismara verib

Energetika Materials 10 Dekabr 2013 17:15 (UTC +04:00)
Bu gün Bakıda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunun açılışı olub.
ARDNŞ yeni təlim-xilasetmə hovuzunu istismara verib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunun açılışı olub.

Mərkəz ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, habelə Şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. Təlim Mərkəzi üçün inşa edilmiş hovuzun uzunluğu 50 metr, eni 21 metrdir. 3000 kubmetr tutuma malik hovuzun dərinliyi 1,8 metrdən 4 metrə qədərdir. Hovuz su üzrə müasir təmizləyici, suyun isidilməsi və dalğa yaradan simulyativ sistemlərlə təchiz edilib.

Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində ildə 20 mindən artıq şəxs treninq keçə biləcək. Onlardan 10-12 min nəfəri yalnız ARDNŞ-nin özünün, yerdə qalanı isə "bp" və digər şirkətlərin işçiləri, habelə FHN-in mütəxəssisləri olacaq.

R.Abdullayevin sözlərinə görə, ARDNŞ-nin mərkəzində öz mütəxəssislərinin təliminə xarici şirkətlər, o cümlədən Qazaxıstanın "KazMunayQaz" şirkəti də maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti