...

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 20 Dekabr 2013 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Təmir işləri ilə əlaqədar bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 20 dekabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək Biləsuvar, Ucar və Zərdab rayonlarına, saat 10:00-dan 15:00-dək Xızı rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Xəzər və Lənkəran rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.

Eləcə də bu gün saat 10:00-dan 17:00-dək Göyçay rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Gədəbəy, Ağstafa rayonlarına və Qazax rayonunun bir hissəsinə, saat 11:00-dan 14:00-dək Bərdə rayonunun bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Xətai rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti