Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir E.Əliyev/
Trans Adriatik qaz kəməri (TAP) layihəsi konsorsiumu ilə Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) hazırlanması, maliyyələşdirilməsi və tikintisi ilə məşğul olan ICGB şirkəti regionda strateji infrastrukturun sonrakı inkişafı üçün texniki əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Trend-in məlumatına görə, bu barədə ТАР-ın bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, sənəd Komotni (Yunanıstan) yaxınlığında boru kəmərlərinin mümkün birləşdirilməsini reallaşdırılması üzərində birgə çalışacaq iki şirkət arasında əməkdaşlığın inkişafı üçün imkan yaradır ki, bu da Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə və sonradan Cənub-Şərqi Avropaya qazın yeni ixracı üçün yol açır.
Məlumatda istinad edilən TAP-ın kommersiya direktoru Lutsa Qardnerin sözlərinə görə, konsorsium müqavilənin imzalanmasını alqışlayır.
Qardner bildirib: "Biz bu memoranduma Xəzər qazının Bolqarıstana nəqli üçün, eləcə də onun həm bu ölkədə, həm də ümumilikdə Cənub-Şərqi Avropa regionunda etibarlılığının yüksəldilməsi imkanı kimi baxırıq".
Onun sözlərinə görə, TAP və IGB arasında gələcək əməkdaşlıq hər bir layihənin texniki tələblərin araşdırılmasına, qabaqcıl təcrübənin mübadiləsinə və digər məsələlərə cəmləşdiriləcək.