...

Ötən il Azərbaycandan qərb istiqamətində 24 milyon tondan çox xam neft ixrac edilib

Energetika Materials 7 Yanvar 2014 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin dekabr ayında Novorossiysk limanından 169 min 363 ton, Supsa limanından 242 min 218 ton, Ceyhan limanından 1 milyon 467 min 84 ton xam neft ixrac edib.

Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, ümümilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 751 min 23 ton, Supsa limanından 2 milyon 725 min 950 ton, Ceyhan limanından isə 19 milyon 748 min 27 ton xam neft ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Ötən ilin dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 110,86 dollara, Urals nefti 110,52 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 112,47 dollara satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti