Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/
Ötən həftə - 6-10 yanvar tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 109,87 dollar/barel təşkil edib.
Trend-in məlumatına görə, 6-10 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 110,38, minimum isə 109 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
6-10 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 103,58 dollar/barel təşkil edib.
6-10 yanvar həftəsində URALS-ın qiyməti maksimum 104,34, minimum isə 102 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
6-10 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 104,34 dollar/barel təşkil edib.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 104,34 3, minimum isə 106,55 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.