...

"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

Energetika Materials 24 Yanvar 2014 18:25 (UTC +04:00)
Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 19-cu özüldən 73 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 19-cu özüldən 73 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu məhsuldar qatın Balaxanı lay dəstəsinin X horizontundan 2825-2785 metr intervaldan sutkalıq 90 ton neft və 15 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Təmir işləri "28 May" adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti