...

ARDNŞ Buxarestdə ilk YDM-ni açıb (FOTO)

Energetika Materials 17 Fevral 2014 11:29 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyanın paytaxtı Buxarestdə öz brendi altında ilk yanacaqdoldurma məntəqəsini (YDM) açıb.
ARDNŞ Buxarestdə ilk YDM-ni açıb (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyanın paytaxtı Buxarestdə öz brendi altında ilk yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin saytında yerləşdirilmiş xəbərdə deyilir.

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun YDM-in açılış mərasimində dediyi kimi, Buxarestdə YDM-in açılması ARDNŞ-nin Rumıniyanın bu bazarında əsas milli oyunçuların konfiqurasiyasını dəyişdirə biləcəyinə işarədir. Bundan əlavə, Buxarestdə YDM-in açılışı bütün ölkədə ARDNŞ-nin YDM şəbəkəsinin yüksək templə iştirakını sübut edir.

Bundan əvvəl ARDNŞ Rumıniyada SOCAR brendi altında dörd YDM istifadəyə verib. Yeni YDM Buzeo, Fokşanı, Bakeu və Acud şəhərlərində açılıb. ARDNŞ-nin Rumıniyadakı YDM-nin ümumi sayı 24-dür.

Onların sayının 100-ə çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti