...

Ötən ay Azərbaycanın neft sektoruna investisiyalar azalıb

Energetika Materials 19 Fevral 2014 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvar ayında Azərbaycanın neft sektoruna 214,8 milyon manat investisiya yatırılıb. Bu rəqəm 2013-cü ilin müvafiq dövründə 230,2 milyon manat olub. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılıb ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çoxdur.

Məlumata görə, yanvarda Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital qoyuluşları 244,8 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 18,6 faiz azdır.

Bu vəsaitdən emal sənayesi sahəsinə 211,5 milyon manat həcmində investisiya qoyulub ki, bu da 2013-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azdır.

2013-cü ildə Azərbaycanın sənaye sektoruna kapital qoyuluşlarının ümumi həcmi 7,08 milyard manat olub ki, bu da 2012-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur. Bu vəsaitdən emal sahəsinə yatırılmış investisiyaların həcmi təqribən 4,7 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.

Yanvarda elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 6,1 milyon manat təşkil edib. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 29,3 faiz azdır.

2013-cü ildə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 390,5 milyon manat təşkil edib. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti