Azərbaycan, Bakı, 3 mart /Trend/
"Azəriqaz" İstehsalat Birliyi 2014-cü ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.
Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5091 mənzil var.
Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyi 2013-cü ildə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdi.