...

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 9 Aprel 2014 10:28 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 09 aprel 2014-cü tarixində saat 10:00-dan 15:00-dək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə, orta təzyiqli yerüstü qaz kəmərinin köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı saat 10:00-dan 19:00-dək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, qaztənzimləyici qurğuların quraşdırılması məqsədi ilə isə saat 11:00-dan 17:00-dək Xəzər rayonunun Buzovna qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti