Azərbaycan, Bakı, 6 may /Trend/
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.
Bu günlərdə "Günəşli" yatağındakı 15-ci özüldə 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu Fasilə Lay Dəstəsindən 3086-3060 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 75 ton neft, 18000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.