...

Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 28-ə çatdı

Energetika Materials 29 May 2014 16:06 (UTC +04:00)
Bu gün Rumıniyanın şimali-şərq regionunda, Moldova ilə sərhəddə yerləşən İaşi şəhərində SOCAR brendi altında fəaliyyət göstərən sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 28-ə çatdı

Azərbaycan, Bakı, 29 may /Trend/

Bu gün Rumıniyanın şimali-şərq regionunda, Moldova ilə sərhəddə yerləşən İaşi şəhərində SOCAR brendi altında fəaliyyət göstərən sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, geniş ərazini əhatə edən YDM-də Benzin 95 və Dizel Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac 4 kiçik avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına şərait yaradır. YDM-dən istifadə edən müştərilərə "Nar Kafe"də ənənəvi olaraq Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidmətləri təklif olunur.

Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 28-ə çatıb.

Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 11 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti