...

Azərbaycan elektrik enerjisi ixracını 17 faizdən çox azaldıb

Energetika Materials 18 İyun 2014 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələri üzrə 289,1 milyon kilovat-saat elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 17,4 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Müqayisə üçün, 2013-cü ilin yanvar-may aylarında 350,01 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib.

Hesabata görə, bu ilin 5 ayı ərzində Azərbaycan ötənilki 13,93 milyon dollara nisbətdə ümumi məbləği 13,41 milyon dollar olan (azalma 3,7 faiz) elektrik enerjisi ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti