...

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb

Energetika Materials 19 İyun 2014 18:51 (UTC +04:00)
Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kiyev-Çop avtomobil yolunun üzərində yerləşən bu məntəqə SOCAR-ın Rovensk vilayətində ikinci, Qərbi Ukrayna ərazisində isə 11-ci premium-klass tipli YDM-idir. Burada Polşa və Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır.

Məntəqə ərazisində A-92, A-95, A-95 TM "Nano" benzinləri və TM "Nano" dizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb. İriqabaritli yük maşınlarının TM "Nano" dizel yanacağı ilə təchiz edilməsi üçün sürətli paylayıcı kolonka fəaliyyət göstərir. Müştərilərə avtomobilin su təchizatı, təkərlərin doldurulması, təmizləmə kimi pulsuz xidmətlər göstərilir. Biznes-guşədə isə onlar pulsuz noutbukdan və internet xidmətindən istifadə edə, mobil telefonlara enerji yükləyə bilərlər.

YDM ərazisində fəaliyyət göstərən "Butacafe"də müştərilərə ətirli qəhvə, Azərbaycan mətbəxinin ləziz yemək və şirniyyatları təklif olunur. Müştərilərin tam rahatlığını təmin etmək üçün məntəqə ərazisində ana və uşaq otağı, Wi-Fi ilə təchiz olunmuş yay köşkləri də fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti