...

İki rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 30 İyun 2014 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 ikyun /Trend/

İki rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, həyətlərdən keçən qaz xətlərinin ləğv edilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eyni zamanda, qaz nəqli sistemində aparılan quraşdırma işləri ilə əlaqədar 04 iyul 2014-cü il tarixədək Daşkəsən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti