Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Emil İsmayılov/
"Azərenerji" ASC yanvar-iyun aylarında 11,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend ASC-yə istinadən məlumat verir.
Ötən ilin eyni dövründə bu göstərici 10,9 milyard kilovat-saata yaxın olub.
Məlumata əsasən, iyunda ASC-nin elektrik stansiyaları tərəfindən 1,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Ötən ilin analoji dövründə bu göstəricisi 1,5 milyard kilovat-saatdan çox olub.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.