...

Azərbaycanın elektrik enerjisi üzrə ixrac potensialının həcmi açıqlanıb

Energetika Materials 17 İyul 2014 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın elektrik enerjisi sahəsinin illik ixrac potensialı 6 milyard kilovat/saat təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan üçün INOGATE proqramının informasiya tədbirində ölkənin Energetika Nazirliyinin Elektrik Enerjisi Departamenti rəhbərinin müavini Asəf Rzayev bildirib.

Onun sözlərinə görə, 10 il ərzində ölkənin enerji sisteminin gücü 40 faiz artaraq 7,1 min meqavatta çatıb. Bu, öz növbəsində, 2,3 min meqavatt ixrac potensialından xəbər verir.

Rzayevin sözlərinə görə, hazırda Azərbaycanın indiki elektrik enerjisi potensialının əsasını 14 istilik və 10 su elektrik stansiyası təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti