...

"Neft daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 22 İyul 2014 13:56
“Neft Daşları” yatağındakı 418a nömrəli platformadan 2632 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Neft daşları" yatağında yeni quyu qazılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend/

"Neft Daşları" yatağındakı 418a nömrəli platformadan 2632 nömrəli quyuda qazma işlərinə başlanılıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti