...

Azərbaycan elektrik enerjisi ixracını azaldıb

Energetika Materials 18 Avqust 2014 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələri üzrə 383,45 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 491,21 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Hesabata görə, bu ilin 7 ayı ərzində Azərbaycan ötənilki 19,82 milyon dollara nisbətdə ümumi məbləği 18,62 milyon dollar olan elektrik enerjisi ixrac edib.

İxrac say hesabında 21,9 faiz, ümumi ifadədə isə 6,05 faiz azalıb.

2013-cü ildə Azərbaycan gömrük bəyannamələri üzrə 24,85 milyon dollar dəyərində 595,67 milyon kilovat-saatdan çox elektrik enerjisi ixrac etmişdi. 2012-ci ildə isə bu göstərici müvafiq olaraq 24,76 milyon dollar və 482,7 milyon kilovat-saat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti