...

"Xaçmaz" İES 160 milyon kVt/s elektrik enerjisi istehsal edib

Energetika Materials 25 Avqust 2014 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın şimal bölgəsinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan "Xaçmaz" istilik elektrik stansiyası (İES) cari ilin yanvar-iyul aylarında 159,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

"Azərenerji" ASC-dən Trend-ə verilən məlumata əsasən, stansiya iyulda təqribən 22,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

10 enerji blokundan ibarət "Xaçmaz" İES-in gücü 87 meqavatdır.

Qeyd edək ki, ötən il stansiyada 268,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti