Azərbaycan, Bakı, 3 sentyabr /Trend, xüsusi müxbir Seymur Əliyev/
Cənub qaz dəhlizinin təməlqoyma mərasimi 2014-cü il sentyabrın 20-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
Onun sözlərinə görə, Cənub qaz dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də region üçün önəmli layihədir: "Cənub qaz dəhlizi Azərbaycanın gücünün göstəricisidir".