...

Bakıda enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq

Energetika Materials 9 Sentyabr 2014 10:11 (UTC +04:00)
Energetikada Tənzimləmə Orqanlarının Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerjinin tənzimlənməsi üzrə XIII konfransı bu il oktyabrın 27-28-də Bakıda keçiriləcək.
Bakıda enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Energetikada Tənzimləmə Orqanlarının Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerjinin tənzimlənməsi üzrə XIII konfransı bu il oktyabrın 27-28-də Bakıda keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Tarif Şurasının saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir ki, konfransın işində 50 ölkədən 250-300 nümayəndənin iştirakı gözlənilir.

Tədbir zamanı məruzələr dinləniləcək və Azərbaycanda energetika sənayaesi, enerji təchizatı təhlükəsizliyi, bərpa olunan enerji mənbələrindən istifadədə problemlər, enerji bazarında istehlakçıların hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılacaq.

ERRA-nın investisiyalar və enerjinin tənzimlənməsi üzrə illik konfransı Mərkəzi və Şərqi Avropa, Şimali Amerika ölkələrindən 100-dən artıq tənzimləyici orqanın nümayəndələrini, ekspertləri, investorları, alimləri, istehlakçıların nümayəndələrini, ətraf mühitin mühafizəsi təşkilatlarını, inkişaf agentliklərini öz işində iştiraka cəlb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti