...

Türkiyəli istehsalçılar TANAP layihəsi üçün boru ixracını təmin edəcəklər

Energetika Materials 14 Oktyabr 2014 10:40 (UTC +04:00)
Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üçün boru ixracı üzrə tenderin qalibləri Türkiyə şirkətləri olub.
Türkiyəli istehsalçılar TANAP layihəsi üçün boru ixracını təmin edəcəklər

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üçün boru ixracı üzrə tenderin qalibləri Türkiyə şirkətləri olub. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "Akşam" qəzeti xəbər yayıb.

TANAP layihəsi üçün boru ixracını Türkiyənin "Borusan Mannesmann", "Noksel Çelik Boru" və "Erciyas Çelik Boru" şirkətləri təmin edəcəklər.

Oktyabrın 14-də Ankarada TANAP-ın tikintisi layihəsi üçün boru ixracı üzrə sazişin imzalanması mərasimi keçiriləcək. Tədbirdə Baş nazir Əhməd Davudoğlu və energetika və təbii sərvətlər naziri Taner Yıldız iştirak edəcəklər.

Bir müddət əvvəl Türkiyə şirkətləri TANAP layihəsi üçün boru ixracını təmin etməyə hazır olduqlarını bəyan etmişdilər. Bu barədə Türkiyənin Polad Boru İstehsalçıları Assosiasiyasının (ÇEBİD) rəhbəri Əhməd Erciyas bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti