...

Bəzi rayonlar qazsız qalacaq

Energetika Materials 15 Oktyabr 2014 11:10 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bəzi rayonlar qazsız qalacaq

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Bərdə rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Sabunçu və Yasamal rayonlarının bir hissəsinə, saat 12:00-dan 17:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Nəsimi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Ağdam rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Abşeron, Ucar, Qazax, Ağstafa, Astara, Xızı, Göyçay və Samux rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti