...

Azərbaycanda elektrik enerjisinin illik istehsalı təxminən 7 faiz artıb

Energetika Materials 17 Oktyabr 2014 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda təqribən 16,97 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal edilib ki, bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 6,8 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2014-cü ilin 9 ayının yekunu üzrə hesabatında deyilir.

Bu ilin ilk 9 ayında istehsal edilmiş elektrik enerjisinin (əmtəə) ümumi həcmindən təqribən 15,05 milyard kilovat-saat istilik elektrik stansiyalarının (İES) payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,3 faiz çoxdur.

Azərbaycanın su elektrik stansiyaları (SES) yanvar-sentyabr aylarında 1,04 milyon kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal ediblər ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 7,8 faiz azdır.

Habelə yanvar-sentyabr aylarında külək enerjisi ilə çalışan stansiyalarda 5,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

2013-cü ildə Azərbaycanda təqribən 20,63 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 0,6 faiz üstələyir. 2013-cü ildə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən təqribən 19,26 milyard kilovat-saat İES-in payına düşüb ki, bu da 2012-ci ilin göstəricisindən 2,7 faiz çoxdur. SES-lər tərəfindən ötən il təqribən 1,37 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2012-cü ildə qeydə alınan göstəricidən 21,7 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti