...

Azərbaycanın elektrik enerjisi ixracı üzrə potensialı açıqlandı

Energetika Materials 27 Oktyabr 2014 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Emil İsmayılov

Azərbaycanda elektrik enerjisinin ixrac potensialı 6 milyard kilovat-saat təşkil edir.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransında Azərbaycan Energetika Nazirliyinin Elektrik Enerjisi Departamentinin rəhbəri Asəf Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sisteminin müəyyən edilmiş gücü 7100 meqavat səviyyəsindədir və 14 istilik və 10 su elektrik stansiyasından ibarətdir.

Qeyd edək ki, son 10 ildə Azərbaycanın enerji sisteminin gücü 2300 meqavat artıb, buna səbəb yeni enerji generasiya güclərinin istismara verilməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti