...

Gürcüstan Azərbaycandan neft məhsullarının idxalını azaldıb

Energetika Materials 24 Noyabr 2014 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan ümumi məbləği 200,47 milyon dollar həcmində 224,66 min ton neft və neft məhsulları idxal edib. Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında deyilir.

Hesabatda bildirilir ki, yanvar-oktyabr aylarında Azərbaycandan neft və neft məhsulları bu kateqoriyadan olan məhsulların Gürcüstana idxalının ümumi həcminin 25,9 faizini təşkil edib. Hesabat dövründə Azərbaycandan Gürcüstan idxalının ümumi həcmində neft və neft məhsullarının xüsusi çəkisi 39,4 faiz olub.

Hesabata görə, ilin əvvəlindən Gürcüstan ümumilikdə 773,11 milyon dollar məbləğində neft və neft məhsulları idxal edib.
İllik hesablamada Azərbaycandan idxal olunan təbii qazın həcmi dəyər ifadəsində 4,4 faiz (miqdar ifadəsində çatdırmalar 0,31 min ton neft ekvivalentində, yaxud 0,14 faiz) olub.

Müqayisə üçün: ötən ilin yanvar-oktyabrında Gürcüstan Azərbaycandan ümumi məbləği 209,73 milyon dollar həcmində 224,97 min ton neft və neft məhsulları idxal edib.

2014-cü ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 509,36 milyon dollar məbləğində məhsul idxal edib. Hesabata görə, Azərbaycandan Gürcüstana idxalın həcmi il ərzində 3,9 faiz artıb. Müqayisə üçün: ötən ilin analoji dövründə Gürcüstan Azərbaycandan ümumi məbləği 490,27 milyon dollar həcmində mal idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti